BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyinin əməkdaşıyam deyib vətəndaşların pulunu mənimsədi

Şamaxıda özünü nazirlik işçisi kimi təqdim edib vətəndaşların pulunu mənimsəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.

Müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Tarix: 19 Oktyabr 2021, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin