BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəxrəddin Dolq vəfat etdi

ADR Partiyasının Ağstafa rayon təşkilatının sədri Fəxrəddin Dolq vəfat edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə partiya sədri Qubad İbadoğlu məlumat yayıb.


"Bu çox ağır və qəfil xəbər oldu. Bu xəbər o dəqər gözlənilməz və acıdır ki, adamın inanmağı gəlmir. Elə bil ki, ölümün yaxınlaşdığını hiss edərək, kövrək qəlbi ilə amansiz ölümə tab gətirməyəcəyini bilərək, tez-tez o gün nə zaman gələcək sualları ilə müraciət edən mübariz, prinsipial əqidədaşımız, ADR Partiyasının Ağstafa rayon təşkilatının sədri Fəxrəddin Dəlq bu gecə ürək tutmasından vəfat edib, bizi həmişəlik tərk edib. O ömrünün ən məhsuldar dövrünü Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizəyə həsr edərək ona güc qatmışdı, doğru, dürüst mövqeyi ilə demokratik qüvvələr arasında nüfuz qazanmışdı. İki gün bundan əvvəl ADR-in qurultayında fəal iştirak edib, dəyərli təklifləri ilə onun işinə keyfiyyət qatan Fəxrəddin bəyin ADR-in Partiya çevrilməsini səbirsizliklə gözləyən və ona ən çox sevinənlərdən idi. Fəxrəddin bəyi həsrətlə, heyranlıqla həmişə xatırlayacağıq, onu xatirəsini daimi əziz tutub, şükranlıqla yad edəcəyik. Allah rəhmət etsin! Ailəsinə, əzizlərinə və dostlarına başsağlığı verir, səbr diləyirəm" - Q.İbadoğlu qeyd edib. 

Tarix: 19 Oktyabr 2021, 12:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin