Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib.
Pravda.az xəbər verir ki, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.
Aynur Əsədli məsələ ilə bağlı açıqlama verərək intihara cəhd etməsinin səbəbini açıqlayıb:
"İnstitutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezmişik. İnsanı nə qədər şərləyərlər?! Ötən həftənin cümə günü mən vaksinasiyaya getmişdim. Saat 12-də işə gəlmişəm. Mən işə gəlməmişdən öncə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs isə şöbə müdiri Nuriyyə Səlimovadır. O isə təqdimatda yazıb ki, guya günah məndədir. Guya ki, mən reaktivlərin yerini dəyişməmişəm. Halbuki dövlətə ziyan vuran onun özüdür. Günah hamısı şöbə müdirindədir. Şənbə günü direktor Həqiqət Qədirova məni çağırıb, dedi ki, siz dövlətə ziyan vurmusunuz. Halbuki mən baş həkimə zəng vurub demişəm ki, soyuducu xarab olub, xəbəriniz var? O isə dedi ki, yox, şöbə müdiri bu barədə məlumat verməyib.
