BURADA REKLAMINIZ OLA
BİLƏR

Xanımından Peskova doğum günü TƏBRİKİ

Oktyabrın 17-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov doğum gününü qeyd edib. Siyasətçinin 54 yaşı tamam olub.

Pravda.az xəbər verir ki, onu doğum günü münasibətilə 46 yaşlı həyat yoldaşı Tatyana Navka da təbrik edib. İnstaqramda ailə arxivindən foto paylaşan Navka bunları yazıb:

“Ən yaxşı sözlər, emosiyalar və sevgi bu gün təkcə sənin üçündür, mənim sevgilim! Sənin üçün, bizim üçün kainata durmadan təşəkkür edirəm! Mənim xoşbəxtliyim, arxa-dayağım, dostum, ərim, doğum günün mübarək! Mən əbədi və həmişə səninləyəm”.

Qeyd edək ki, cütlük altı ildir ailəlidir. Onların yeddi yaşlı Nadya adlı qızı var. Bu, Peskovun ikinci evliliyidir. Siyasətçinin birinci nikahdan üç övladı var.

 

 

 



Tarix: 19 Oktyabr 2021, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin