BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazax müşahidəçi: "Qayda pozuntusu müşahidə etməmişik"

16 saylı Yasamal II seçki dairəsinin 24-cü seçki məntəqəsində səsvermə prosesini Qazaxıstandan olan müşahidəçilər izləyib.

 

Pravda.az-ın xəbərinə görə, qazax müşahidəçi Muradbay Joldızbayev bildirib ki, seçki prosesində heç bir qayda pozuntusu müşahidə etməyib: "Bu məntəqə ilə birlikdə 5 məntəqədə olmuşuq,  günün irəliləyən saatlarında daha 5 məntəqədə səsverməni izləyəcəyik. Bu saata qədər heç bir qayda pozuntusu müşahidə etməmişik. Bizim müşahidə qrupu bu zamana  kimi Rusiya, Latviya, Özbəkistan, Qırğızıstan kimi ölkələrdə seçki prosesini izləyib. Azərbaycanda bu proses digərlərinə nisbətən daha şəffafdır".APA

Tarix: 9 Fevral 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin