BURADA REKLAMINIZ OLA
BİLƏR

Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb.

Pravda.az xəbər verir ki, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin 1 il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib.

Tarix: 19 Oktyabr 2021, 22:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin