Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bayram Nurlunun ailə üzvləri xəstəxanaya yerləşdirildi, iki nəfər öldü - YENİLƏNDİ

1 344
Paylaş:
Bayram Nurlunun ailə üzvləri xəstəxanaya yerləşdirildi, iki nəfər öldü -   YENİLƏNDİ

Qaxda bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib.

Pravda.az xəbər verir ki, hadisə rayonun Tasmaslı kəndində qeydə alınıb.

Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən xəstələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.

APA

***

09:02

Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.

Pravda.az-ın məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.

Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.

Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Paylaş:

Ən son xəbərlər