BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçki məntəqələrində kameraların üzərinin örtülməsinin səbəbi açıqlandı

“Veb-kameralar saat 07.45-dən aktivdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

 

R. Qasımov deyib ki, veb-kameralar səsvermə başlamazdan əvvəl fəaliyyətə başlayıb:

 

“Sosial şəbəkələrdə olan bəzi istifadəçilər məlumat yaymağa çalışırdı ki, veb-kameraların üzəri bağlanıb. Amma veb-kameralar tam olaraq fəaliyyət göstərir. Təhlükəsizlik kameralarının bəziləri məntəqə seçki komissiyasında yerləşir. Beynəlxalq və yerli müşahidəçilər tövsiyə etdi ki, onların üzəri örtülsün. Bundan öncəki seçkilərdə də belə olub. Burada veb-kameraların üzərinin örtülməsindən söhbət gedə bilməz”.

Tarix: 9 Fevral 2020, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin