BURADA REKLAMINIZ OLA
BİLƏR

Ocaqnejat Hacı İlqar İbrahimoğlunun qohumu ilə evli imiş

İlahiyyatçı Hacı İlqar İbrahimoğlunun saxlanılaraq dindirilməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

 

Pravda.az xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı onun İranla bağlılığı barədə maraqlı məlumat paylaşıb.

 

Bildirib ki, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi olmuş Əli Əkbər Ocaqnejat Hacı İlqar İbrahimoğlunun qohumu olan qadınla evlidir: “Hacını uzun illərdir tanıyıram. Bu gün eşitdim ki, Ocaqnejat onun ailə üzvüdür. Daha dəqiq, yaxın zamanlara qədər İranın ali dini liderinin Azərbaycan Respublikasındakı təmsilçisi olmuş Ocaqnejat Hacının ailə üzvü olan qadınla evlidir”.

Fotoları təqdim edirik
Tarix: 20 Oktyabr 2021, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin