BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusun yeni ştammı üzə çıxdı

İsraildə Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştamı “AY.4.2” ilə yoluxma halı qeydə alınıb.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

 

Yeni ştama yolxuma Moldovadan İsrailə qayıdan 11 yaşlı uşaqda aşkar olunub.

 

Alimlərin fikrincə, “AY.4.2” ştamı “Delta” ştamının bir növü hesab olunsa da, orijinal variantdan daha yoluxucudur. Belə ki, London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballunun sözlərinə görə, yeni ştam pandemiya başlayandan bu yana koronavirusun ən yoluxucu versiyası ola bilər.

 

Mütəxəssis bildirib ki, “AY.4.2” ştamı hələ yalnız Böyük Britaniya ərazisində qeydə alınıb və hazırda ölkədə aşkar olunan bütün yoluxma hallarının 10%-i məhz bu ştamın üzərinə düşür.

Tarix: 20 Oktyabr 2021, 11:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin