BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Elnur Əşrəfoğlu dəfn olundu

Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.

Pravda.az-ın məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib.

Tarix: 20 Oktyabr 2021, 11:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin