Dövlət İmtahan Mərkəzində (DİM) Maliyyə şöbəsi baş mühasib vəzifəsi üzrə vakansiya elan edib.
Pravda.az xəbər verir ki, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:
- Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;
- Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;
- Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;
- Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;
- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;
- Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;
- İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;
- Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;
- Vergi planlanması və optimizasiyası;
- Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
- Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.