BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP süni sıxlıqlarla bağlı gücləndirilmiş qaydada tədbirlərə başladı

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib”.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yollların hərəkət istiqamətlərini zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlərə başlayıb və bu proses davam edəcək. Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Tarix: 20 Oktyabr 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin