Azərbaycanda qadın professor dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru İzzət Şamxalova bir neçə nəfərə qarşı dələduzluq etməkdə günahlandırılıb.
İstintaq sənədlərinə əsasən, qadın qulluq mövqeyindən istifadə edib. Belə ki, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə həmin insanı aldadıb, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.
Professor 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib.
İstintaq müəyyən edib ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib.