BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "İnsanların narazı olduğunu görmədim"

Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

 

Pravda.az-ın xəbərinə görə, Peter Marcek bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".

 

Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".APA

Tarix: 9 Fevral 2020, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin