BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baron Seyid”ə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan Aydın Rüstəmov və Elsəvər Salmanlının cinayət işi üzrə məhəkəmə prosesi yekunlaşıb.

 

Pravda.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Aydın Rüstəmov 10 il, Elsəvər Salmanlı isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, rəsmi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov saxlanılıb. Onun üzərindən 2 kiloqram 810 qram psixatrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

A.Rüstəmov qeyd olunan psixotrop maddə və narkotik vasitəni İran vətəndaşı "Baba" ləqəbli şəxs vasitəsilə ölkə ərazisinə gətirtdiyini və Bakı şəhərində yaşayan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhər, Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdrada narkotik maddə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 20 Oktyabr 2021, 15:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin