Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC sürücülərin işə qəbulunu elan edib.
“D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malik, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər "BakuBus"a müraciət edə bilərlər.
Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.
"BakuBus"da sürücü kimi çalışmağın aşağıdakı üstünlükləri var.
- Əmək müqaviləsi əsasında işə qəbul
- 2 növbəli, 8 saatlıq iş rejimi
- Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat