BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Mahmudov vəzifəsindən azad olundu

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.

 

Pravda.az xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.

 

T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.

 

"BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

 

Report

Tarix: 20 Oktyabr 2021, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin