BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Qənimətlər parkındakı kuklalar yığışdırılıb?

Ermənistan İctimai Televiziyasının iddiasına və sosial mediada yayılmış məlumatlara görə, Bakıdakı Hərbi Qənimətlər parkında erməni əsgərlərinin kuklaları və dəbilqələr eksponatlar arasından çıxarılıb.

 

Pravda.az xəbər verir ki, bu haqda Toplum TV-nin sualını cavablandıran millət vəkili Fazil Mustafa mövzu barədə bilgisi olmadığını deyib: “Amma heç nəyi götürmək lazım deyil. Biz sadəcə teatral görüntüdə onların vəhşiliyini göstərmişik. Burada nə var ki? Biz hansısa mülki şəxsi qətliama məruz qoymamışıq ki. Gəncədə, Bərdədə bunlar mülki şəxsləri qətl etdilər. Ona görə də onların heç birinin bu məsələdə bizə irad bildirmək üçün əsası yoxdur. Biz onların təkidi ilə nəyisə götürməməliyik. Bilgim yoxdur. Amma belə bir şey varsa, yalnış addımdır, heç nəyi götürmək lazım deyil”.

Tarix: 20 Oktyabr 2021, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin