BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidir” deyən deputata çağırış: “Qanun layihəsini hazırlayıb təqdim etməlidir”

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təklif edir ki, ər arvadına ev işlərinə görə muzd ödəsin. Musa müəllim həkim və şairdir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisi də işləyib. Demirəm ki, niyə bu təklifini indiyə qədər poetik şəkildə də ifadə etməyib. Hətta nazirlikdə işləyəndə belə təşəbbüslə çıxış edib-etməməsini də soruşmuram. Amma adam deputatdır, özü də komitə sədridir. Deputatın təklifi isə hazırladığı konkret qanun layihəsində ifadə olunmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Həmin layihəni hazırlayıb parlamentə təqdim etsin. Yoxsa deputat da təklif versin, biz də! Fərqimiz nə oldu ki? Onları təklif vermək üçün seçməyiblər ki! Özlərinin və bizim təkliflərimizin qanunlara daxil etməsi üçün seçiblər!” – Ə.Həsənov qeyd edib.

Tarix: 21 Oktyabr 2021, 00:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin