BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi

“Seçki prosesi düzgün məcrada davam edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

 

R. Qasımov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxılır: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik. Sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir”.

 

R. Qasımov qeyd edib ki, ideal seçki gözləmək mümkün deyil: “Neqativ halların olması normaldır. Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Seçki prosesi hazırda kifayət qədər açıqdır. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”.

Tarix: 9 Fevral 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin