Rusiyanın Rostov şəhərində Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.
Pravda.az-ın xəbərinə görə, bununla əlaqədar ikinci enerji bloku dayandırılıb. Hazırda bu blokda təmir işlərinə başlanılıb.
İnsident nəticəsində zərərçəkən olmayıb, AES ərazisində radiasiya fonu norma çərçivəsindədir. Digər üç enerji bloku fəaliyyətini davam etdirir.