Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib.
İbrahimxəlil Qasımzadənin dayısı, ektrasens Bayram Nurlu iddia edib ki, hər iki uşaq həkim məsuliyyətsizliyinin qurbanı olub. Onun sözlərinə görə, həkimlər məsələnin ciddiyyətinin fərqinə varmayıb və uşaqları vaxtında Bakıya göndərməyiblər:
“Uşaqlar həmişə meşədən, bağdan göbələk yığıb yeyirmişlər. Bu dəfə yedikləri göbələk zəhərli olub. Səhərə yaxın saat 5-də halları pisləşib, xəstəxanaya aparıblar. Qax xəstəxanasında uşaqların mədəsini yuyublar, səhər saat 11-12 radələrinə evə buraxıblar. Deyiblər, “əlimizdən gələni elədik, yaxşı olacaq”. Amma uşaqlar evə gələndən sonra yenidən halları pisləşib. Yemək yeyə bilməyiblər. Həkimə zəng ediblər, deyib, “zəhərlənmədir, normal haldır”. Mən rayona çatanda gördüm ki, uşaqlar çox pis vəziyyətdədirlər. Bakıda tanış həkimlərə zəng etdim, dedilər yaxşı deyil. Kəndin həkiminə zəng etdim, tibb bacısı göndərdi. Tibb bacısı gəlib uşaqları görəndə dedi ki, “mən bu uşaqlara sistem qoşsam, əlimin altında qalacaqlar”. Təzədən uşaqları götürüb Qax xəstəxanasına çatdırdıq”.
qafqazinfo