Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xalq artistinin vəziyyəti ağırdır, beyni funksiyasını itirib

996
Paylaş:
Xalq artistinin vəziyyəti ağırdır, beyni funksiyasını itirib

Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

APA

Paylaş:

Ən son xəbərlər