"Bəzi seçki məntəqələrində müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək".
ATƏT: Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün lazımı şərait yaradılıb
Pravda.az-ın xəbərinə görə, bu fikirləri ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner deyib.
İnqo Büttner bildirib ki, bu il yanvarın 14-dən başlayaraq Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşüb, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olub.Azərtac