Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar) buraxmağa hazırlaşır.
Pravda.az xəbər verir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin insan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb.