ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub.
Pravda.az “TMZ” portalına istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.
Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.