İşsiz və iş axtaran vətəndaşlarımıza şad xəbərimiz var. Artıq işğaldan azad olunan ərazilərimizdə gedib işləmək üçün imkanlar yaradılır. Dövlət Məşğulluq Agentliyinin məşğulluq alt sistemində işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Əməkhaqları isə 350 manatdan 1700 manata qədrdir. Artıq bu vakansiyalar üzrə işlə təmin olunanlar da var.
İşğaldan azad olunmuş rayonlar üzrə iş vakansiyaları elan olunub. Artıq işsiz və iş axataran vətəndaşlar yüksək əməkhaqları ilə bu ərazilərdə işçi kimi çalışa bilərlər.
Bunu Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib. Onun sözlərinə görə hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Vətəndaşlar üçün Cəbrayıl, Ağdam, Xocavənd və digər rayonlar üzrə iş imkanları yaradılıb.