BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq müşahidəçilər: Azərbaycanda seçkilər azad şəkildə keçirilir

“Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.

 

“Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur”.

 

Digər beynəlxalq müşahidəçi Banks Peter Douglas isə qeyd edib ki, seçkilər azad şəkildə keçirilir: “Burada, Azərbaycanda olmaq bizim üçün xoş idi. Hər şey bizim görmək istədiyimiz kimidir. Seçkilər azad şəkildə keçirilir və biz səsvermə məntəqələrində hər hansı ədalətsizliyi görə bilmədik”.APA

Tarix: 9 Fevral 2020, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin