BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident səs verən zaman Bəxtiyar Hacıyev də məntəqədə olub - VİDEO - FOTO

Prezident İlham Əliyev və ailə üzvləri 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verən zaman deputatlığa namizəd Bəxtiyar Hacıyev də orada olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı Sənan Nəcəfov yayıb.

 

“29 saylı Səbayıl seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevi seçki məntəqəsinə buraxmayıblar". Bu xəbəri tanınmış qəzetlərdən (sayt) birinin xəbər başlığında gördüm. Çox qəribə gəldi. Düşündüm ki, yəqin yalnışlıq olub, düzəldərlər. Bəxtiyar Hacıyevin də səhifəsinə baxdım, gördüm yox, həmin məlumat səhifədə var və sayt Bəxtiyar Hacıyevə istinadən yayıb xəbəri. Niyə diqqətimi cəlb etdi? Prezident İlham Əliyevin seçki məntəqəsinə gələrək, səs verdiyi anın video-görüntülərinə baxırdım. Orada Bəxtiyar Hacıyevi məntəqə daxilində, arxa planda gördüm.

Bu xəbəri oxuyandan sonra qəribə vəziyyət yarandı. Cənablar, kimi aldadırsınız? Niyə yalan danışırsınız? İçəri buraxmayıblarsa indi paylaşdığım videoda 20 və 29-cu saniyələrdə görüntülənən kimdir? Bəlkə Bəxtiyarın "dvoynikidir", ya Bəxtiyar Hacıyevə xüsusi istedad verilib, özü bayırda olsa da görüntüləri məntəqə içərisindən yayımlanır, nə məsələdirsə baş açmadım. Zarafatı qoyaq bir kənara. Adamda bir siyasi mədəniyyət olar, media etikası deyilən şey var. "Xalam mənə dəli deyib, gələn gedənə vur deyib" deyil e. Nə gəldi paylaşa bilərsiniz, bəs sonra? Əgər təhlükəsizliklə bağlı müəyyən müddətə içəri buraxılmamısınızsa, siz bundan yararlanaraq yalan məlumat yayırsınızsa, eyib etməz, mümkündür, özünüz üçün PR , əziyyət çəkən kimi bunu təqdim edə bilərsiniz. Amma və əgər sonradan içəri keçmisinizsə, mədəniyyət göstərib həmin məlumatı verin və deyin ki, bu səbəbdən müvəqqəti içəri keçməmişdim, indi arzuma çatmışam. Vəssallam!” – S.Nəcəfov qeyd edib.

 

Fotoları təqdim edirik
Tarix: 9 Fevral 2020, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin