BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövzət Qasımov: “Şikayət yoxdur"

“İndiyə qədərki seçki prosesi qənaətbəxşdir. Hava şəraitinə baxmayaraq səsvermə fəallıq şəraitində davam edir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

 

O bildirib ki, bu seçki qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.

 

R.Qasımov bildirib ki, indiyə qədər MSK-ya şikayət xarakterli məlumat daxil olmayıb: "Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə indiyə qədər 50-dən artıq müraciət daxil olub. Bütün müraciətlər sorğu xarakterli olub".

Tarix: 9 Fevral 2020, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin