31 saylı Suraxanı ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində komissiya sədri ilə deputatlığa namizəd Mehman Hüseynov arasında qalmaqal yaşanıb.
Pravda.az-ın xəbərinə, komissiya sədri deputatlığa namizəddən vəsiqəsini təqdim etməyi tələb edib.
Mehman Hüseynov sənədi təqdim edəcəyini bildirirək, komissiya sədrinə onunla uca səslə danışmamağı tələb edib. Elə bununla da deputatlığa namizədlə komissiya sədri arasıdna gərginlik başlayıb. Hər iki tərəfin səs tonu daha da artıb.