Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. Bu, koronavirusun "delta" variantının bir növüdür. Buna hətta hamının bildiyi "delta plus" ştamı da demək olar.
Pravda.az-ın məlumatına görə, həkim-infeksionist Fərrux Sədirov deyib ki, bu, mövcud virusun ikiqat dəyişilmiş formasıdır.
Sadəcə yoluxmanın daha sürətli, inkubasiya dövrünün isə daha qısa olması ilə fərqlənir. Həkim-infeksionist əlavə edib ki, digərlərində olduğu kimi uşaqların da bu ştama yoluxma halları müşahidə oluna bilər.