Sudanın Xartum ştatında 4 nazir, eləcə də yüksək rütbəli digər məmurlar həbs edilib. “Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, ordu paytaxta bütün girişləri və körpüləri bağlayıb.
Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkənin hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir.