Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, MSK sədri bildirib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".