“Siz haqq etmisiniz, seçicilərimə eşq olsun. Seçicilərimdən bir xahişim var. Bundan sonra rəqib haqqında neqativ fikirlər söylənilməsin. Seçki bitdi, qalib gəldik”.
"Seçki bitdi, qalib gəldik” - Rauf Arifoğlu
Pravda.az-ın xəbərinə görə, bunu “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit poll”un nəticələrinə əsasən qalib olan Rauf Arifoğlu deyib.
“Rəqib bəzi məntəqələrdə bizə problem yaratmaq istəyir. Amma bu keçməyəcək, məsələ bitib. Nəticə məlumdur, deputatı seçmisiniz” – R.Arifoğlu bildirib.