BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehman Huseynov: “Fərəc Quliyevin qələmini qırdım”

“Əziz Azərbaycan xalqı, hörmətli Qaraçuxur-Yeni Günəşli sakinləri sizi təbrik edirəm. Sizi bəladan xilas etdim, illərdir sizi aldadan, sizləri düşünməyən bir adamın yenidən deputat olmasına imkan vermədim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bloqer, deputatlığa namizəd Mehman Hüseynov digər namizəd Fərəc Quliyevlə bağlı deyib.

 

“Mən artıq qalibəm və böyük bir uğura nail olmuşam. Mənə rüşvət təklif edən Fərəc Quliyevin qələmini sındırmışam. O artıq deputat olmayacaq. Mən təkbaşına onunla bacardım. Mən təkbaşına son günlər hökümətin siyahısını məcburən dəyişdim. Bu dəfə mənim hesabıma görün kimi təyin edəcəklər” – M.Hüseynov bildirib.

Fotoları təqdim edirik
Tarix: 9 Fevral 2020, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin