Əməkdar artist Elizbar Osmanovu maşın vurub.
Pravda.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.
1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub. Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə, 19:05-də gətirələn əməkdar artist cərrahi əməliyyata alınıb. Hazırda əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı.
