“Forbes” bazar ertəsi “Tesla”nın səhmlərinin qiymətlərinin artması fonunda sərvəti 270 milyard ABŞ dollara çatan İlon Maskı tarixin ən varlı adamı elan edib.
Pravda.az xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.
Nəşrin hesablamalarına görə, bazar ertəsi “Tesla” rəhbərinin sərvəti cümə günü 41,7 milyard dollar artaraq 271,3 milyard dollar təşkil edib. “Forbes Real-Time”sın məlumatına görə, hazırda Maskın sərvəti 257,6 milyard dollar təşkil edir.