Belçika hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirlərini sərtləşdirib.
Pravda.az xəbər verir ki, bütün ölkədə restoranlar, əyləncə və idman obyektlərinə daxil olmaq üçün QR kodlar tətbiq edilib.
Bu barədə ölkənin baş naziri Aleksander De Kroo Koronavirusla (COVİD-19) mübarizə üzrə federal Koordinasiya komitəsinin növbədənkənar iclasından sonra bildirib. O, ölkədə yoluxmaların sayında kəskin artım müşahidə olunduğunu söyləyib və son bir həftə ərzində onların sayının 70% artdığını vurğulayıb. Baş nazirin sözlərinə görə, qeydə alınan yeni yoluxmaların orta gündəlik sayı 5,3 min nəfərdir.