Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq

934
Paylaş:
Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

Pravda.az xəbər verir ki, bunlar 2021-ci illə müqayisədə 5,4% və 4,7% çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Paylaş:

Ən son xəbərlər