Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Ehtiyac meyarının həddi 200 manat olacaq

1 065
Paylaş:
Ehtiyac meyarının həddi 200 manat olacaq

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək.

Pravda.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.

Ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Paylaş:

Ən son xəbərlər