BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK: Pozuntulara yol verən seçki komissiyaları buraxılacaq

“Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

M. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Tarix: 10 Fevral 2020, 02:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin