Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

GAP: Heç kəs üçüncü doza vaksinasiyaya laqeyd qalmamalıdır

913
Paylaş:
GAP: Heç kəs üçüncü doza vaksinasiyaya laqeyd qalmamalıdır

“Dünyada 2020-ci ilin I rübündən etibarən tüğyan etməyə başlamış COVİD-19 virusu günümüzə qədər bizlərlə yaşamaqdadır… Vaksinasiya prosesi başladıqdan sonra qismən zəifləmiş, amma dövrün müxtəlif mövsümlərindən asılı olaraq artıb-azalmaqda olan virusa qarşı ən effektli mübarizə vasitəsi hələki hər kəsin vaksinasiya olmasındadır”.

Pravda.az-ın xəbərinə görə, bu, Gələcək Azərbaycan Partiyasının (GAP) xalqa müraciətində əksini tapıb.

Müraciətdə vurğulanıb ki, Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilməkdədir.

“Hər vaksinin təsir dövrü mövcuddur. Birinci doza və ikinci doza vaksinasiya dünya tibb nümayəndələrinin bildirdiyinə görə müəyyən dövr sonra öz təsirini itirir… Bu səbəbdən də 3-cü doza vaksinasiya zərurətə çevrilməkdədir. Üçüncü doza vaksinin vurulması koronavirusa qarşı qoruyuculuğu davamlı edir. Bu səbəbdən də buster doza ikinci doza vaksindən 6 ay keçdikdən sonra vurulur, çünki müəyyən müddət sonra qoruyuculuq orqanizimdə azalır. Bədən koronavirusa qarşı qoruyuculuğu davam etdirsin deyə, buster dozadan istifadə olunur. Azərbaycanda da 3-cü doza vaksin vurduranların sayı az deyil, amma kifayət qədər də deyil. Prosesi tam həyata keçirməliyik. Sağlam və təhlükəsiz gələcək naminə hər kəs bu prosesdə yaxından iştirak etməli və öz yaxınlarının təhlükəsizliyini təmin etməlidir. Üçüncü doza vaksinin heç bir yan təsiri yoxdur. Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, bu da orqanizmə eyni təsiri göstərir. İlk dozada yan təsiri olmadığı halda, sonradan hər hansı yan təsirlərin olma ehtimalı da yoxdur. Hesab edirik ki, heç kim 3-cü doza vaksinasiyaya laqeyd qalmamalıdır. Hər kəs öz təhlükəsizliyini təmin etsə, bu bəladan daha tez bir zamanda qurtulmuş olarıq… Bu səbəbdən də Sizləri buster doza vaksinasiya prosesində yaxından iştiraka səsləyirik” – müraciətdə qeyd olunub.

Paylaş:

Ən son xəbərlər