“Rusiyanın hakimiyyət nümayəndələri haray həşir salıblar. Deməli, Ukrayna Türkiyədən aldığı “Bayrakdar” pilotsuz aparatı vasitəsilə Donbasdakı separatçıların irəriləyən topçu mövqeyinə zərbə endirib. Ukrayna bəs nə etməlidir, separatçıların yerdəyişmələrinə seyrçi qalmalıdır və ya aldığı hərbi texnikanı anbarlarda çürütməlidir?”
"Ukrayna nə etməlidir, separatçıların yerdəyişmələrinə seyrçi qalmalıdır və ya aldığı hərbi texnikanı anbarlarda çürütməlidir?"
Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, indi rusiyalı rəsmilər Türkiyəni hədəf götürməyə çalışırlar: “Deyirlər ki, Ankara niyə Kiyevə müasir dronlar satıb? Bəs Ermənistan Rusiyadan havayı aldığı hərbi texnikayla Azərbaycan torpaqlarını işğal edəndə, rus tankları ilə Xocalı soyqırımını törədəndə, İkinci Qarabağ savaşı zamanı Gəncə, Bərdə və Tərtər rus raketləriylə atəş altında qalaraq mülki insanlarımız həlak olanda Moskva niyə susurdu? Onlar susurlarsa, biz susmamalıyıq. Suriyada da ilk qırğınlar Rusiya silahlarıyla həyata keçirilib. Odur ki, aldığı hərbi texnika ilə separatçılara zərbə endirmək Ukraynanın haqqıdır və bu haqqı onun əlindən heç kim ala bilməz”.