BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov: “Qadın namizədlərin hamısı əsaslı iddiası olan şəxslər olsa da, kişilərin...”

“Parlament seçkilərində 276 nəfər namizəd qadın idi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Parlament seçkiləri ilə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, qadın namizədlərin hamısı cəmiyyətdə seçilən qadınlar оlub: “1038 nəfər kişi namizəd iştirak edirdi. Keyfiyyət baxımından bu məsələyə yanaşsaq, qadınların hamısı Milli Məclisdə təmsil olunmağa əsaslı iddiası olan şəxslər idi. Kişilərin hamısı haqqında bunu demək olmaz. Bu nisbətin özü ötən seçkilərlə müqayisədə 5-6% çoxdur. İndiki zamanın tələbinə uyğun olan göstəricilərdən biri də namizədlərin yaş həddi ilə bağlı göstəricidir. Namizədlər arasında olan gənclərin mütləq əksəriyyəti beynəlxalq təhsil ocaqlarında təhsil almış şəxslərdir. Biz çox arzu edərdik ki, bu cür gənclər Azərbaycana xidmət etsinlər və vəkillik etsinlər”.

Tarix: 10 Fevral 2020, 02:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin