"Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində həyata keçirilib".
Müşahidəçi: “Seçkilər qanun çərçivəsində keçirilib"
Pravda.az-ın xəbərinə görə, bunu Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov keçirdiyi mətbuat konfransında deyib: "Seçkilərdə müşahidə aparmaq üçün Qazaxıstan parlamentindən 4 nəfər nümayəndə gəlmişdik. 10-dan çox məntəqədə müşahidə apardıq. Müşahidəçilərlə söhbət elədik. Seçkilər çox şəffaf baş tutub. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm".