Ermənistanda 4 hərbçi qumbaranın partlaması nəticəsində yaralanıb.

Pravda.az xəbər verir ki, insident Qeqarkunik rayonunda sərhəd ərazilərinin birində baş verib.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Sözügedən şəxslər yüngül xəsarətlər alıblar.

Hazırda hadisənin detalları araşdırılır.