BURADA REKLAMINIZ OLA
BİLƏR

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var - RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Səhiyyə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, fevral ayının 10-u üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

 

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

 

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

 

Qeyd edək ki, rəsmi qurumların fevralın 5-də yaydığı məlumatda Çindən gələn 7 nəfərin Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirildiyi bildirilmişdi. Onlardan biri fevralın 6-da, üçü isə fevralın 7-də xəstəxanadan buraxılmışdı.

Tarix: 10 Fevral 2020, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin