Son həftələrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxmalar artmaqda davam edir. Sağalanların sayı da yoluxanlardan aşağıdır. Bəzi xarici ölkələrdə epidemioloji vəziyyətin gərginləşməsindən sonra açıq havada maska qadağası bərpa olunub. Sözügedən qadağanın bizdə də yenidən tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, həftəsonu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin baş tutacağı və qapanmalara gediləcəyi barədə müxtəlif fikirlər səsləndirilir. Mövzu ilə bağlı Ölkə.Az-a danışan professor, tibb eksperti Adil Qeybulla bildirib ki, yolxumaların artmasında əsas səbəb təmasların artmasıdır:
"Bildiyiniz kimi, məktəblər açılıb. Orta məktəblərdə və ali təhsil müəssisələrində artıq intensivləşən təmaslar mövcuddur. Xüsusilə auditoriyalar və sinif otaqları qapalı mühitdir və burada yoluxma potensialı da böyükdür. Bu gün virusun həm də gənclərdə və uşaqlarda da klinik əlamətlər nümayiş etdirməsi əlbəttə, yoluxma sayını, yoluxma potensialını xeyli artırır. Bütün bunlar dünya üzrə müşahidə edilir və ona görə də qadağalar, o cümlədən açıq havada maska qadağası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə ayrı-ayrı ölkələrdə tətbiq olunur. Bu, həm də "delta” virusun yeni ştamının yoluxuculuğu ilə bağlıdır”.
A.Qeybullanın fikrincə, Azərbaycanda da müəyyən qadağalar yenidən qüvvəyə minə bilər: